Azərbaycanda tanınmış klubun futbolçusu bıçaqlandı - FOTO

09:20 - 03 Fevral 2026

Azərbaycanda tanınmış klubun futbolçusu bıçaqlandı - FOTO

Gəncədə bıçaqlanma hadisəsi baş verib.


Manset.az APA-ya istinadən bildirir ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az