Bakıda bıçaqlanan ata öldü - 15 yaşlı qızı saxlanıldı

15:43 - 04 Fevral 2026

Bakıda bıçaqlanan ata öldü - 15 yaşlı qızı saxlanıldı

Bakıda bıçaqlanma hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bıçaqlanan 49 yaşlı Rüfət Haşımovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Cinayəti onun 15 yaşlı qızının törətməsinə əsaslı şübhələr müəyyən edilib. Yeniyetmə saxlanılıb.

Qeyd edək ki, ilkin məlumata görə, R.Haşımov həyat yoldaşını döydüyü üçün qızı müdaxilə edib. Həmin vaxt bədbəxt hadisə baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az