Azərbaycanda iki yeni radio açıla bilər

20:05 - 04 Mart 2024

Azərbaycanda iki yeni radio açıla bilər

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.

 

Azərbaycan Audiovizual Şurasından Manset.az-a verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")

"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az