"Nənəm ölən günü qırmızı geyinib efirə çıxdım" - Elgiz Əkbər

00:28 - 22 Mart 2024

\"Nənəm ölən günü qırmızı geyinib efirə çıxdım\" - Elgiz Əkbər

"İndiyənə kimi qırmızı kostyum geyinmirəm, əsəbiləşirəm. O vaxt mağaza mənə geyim gətirirdi. Deyirdi ki, geyinməlisən".

 

Manset.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər proqramında deyib. O, nənəsinin dünyasını dəyişdiyi gün efirə qırmızı geyimdə çıxmasından danışıb:

"Bu dəfə gətirib qıpqırmızı geyim. Dedi, belədir, geyinməlisən. Sən demə, 2 saat əvvəl nənəm rəhmətə gedib, bütün qohumlar yığışıb. Nəvə də qırmızı geyinib efirə çıxıb. Camaat, qohum, qonşular baxıb ki, hamı nənəni ağlayır, bu da qırmızı geyinib. Deyiblər, görün necə abırsızdı. Nənəsinin ölən günü efirə qırmızı geyinib".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az