"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, 39 yaşlı sənətçinin evində "Hə" mərasimi olub.
Xəyalə valideynlərinin, gələcək həyat yoldaşı və qayınatası ilə qayınanasının önünə adət üzrə "şirin çay" gətirib. Manaflı baş tutan mərasimə ağ rəngdə libas geyimib.
"Hə" mərasimindən çəkilən görüntüləri isə Manaflı sosial şəbəkə hesabında paylaşıb.