Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi” mövzusunda aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları, ali təhsil müəssisələri, akademik dairələr və mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib.
Manset.az xəbər verir ki, iştirakçıları salamlayan mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, dəyirmi masanın əsas məqsədi mədəni mülkiyyətin qorunmasına cavabdeh qurumlar arasında koordinasiya üçün formatın müəyyən edilməsidir.
Qeyd olunub ki, Azərbaycanın mədəni mülkiyyətinin qorunmasının təməli Ulu öndər Heydər Əliyevin vaxtında qoyulub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət nəzarəti və tənzimləməsini təmin etmək məqsədilə mühüm addımlar atılıb: mədəni irsin əhatə dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı institusional baza yaradılıb, dövlətimiz mədəni irsin və mədəni mülkiyyətin qorunması ilə bağlı bütün vacib beynəlxalq konvensiyalara qoşulub, konvensiyaların müddəalarının daxili qanunvericilikdə düzgün əks etdirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır.
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir.
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə mübarizədə gömrük orqanlarının rolu”, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev “Mədəni irsimizin qorunması: 1954 və 1970-ci il konvensiyaları üzrə fəaliyyət”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş “Türkiyənin mədəni mirasının qorunmasına və mədəni irs qaçaqmalçılığı ilə mübarizəyə dair siyasəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov təmsil etdiyi qurum tərəfindən mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb.
Müzakirələrdə Nazirlər Kabineti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda mədəni mülkiyyətin qorunmasında müasir yanaşmalar və çağırışlar, mədəni irsin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən geniş maarifləndirmə işi və s. məsələlər üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanıb, səmərəli fikir mübadiləsi aparılıb.
İncəsənət Muzeyində dəyirmi masa keçirildi - FOTOLAR
10:19 - 28 Fevral 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
18 May 2026 - 19:44
Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
18 May 2026 - 21:43
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB
18 May 2026 - 14:59
"Liderlərin “Sea Breeze”ə səfəri gözlənilir" - Emin Ağalarov
18 May 2026 - 19:33
Bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
18 May 2026 - 16:08
“Bakı Mexanizasiya Nəqliyyat” ASC “Urban Expo” sərgisində - FOTOLAR
18 May 2026 - 23:35
Keçmiş məcburi köçkünlərin NƏZƏRİNƏ
18 May 2026 - 08:30
Zelenskinin arvadı həbs edilə bilər
18 May 2026 - 14:15
“WUF13-ə beynəlxalq ictimaiyyətin marağı son dərəcə böyükdür” - Səbinə Salmanova
18 May 2026 - 22:51
15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi
18 May 2026 - 18:23
Prezident WUF13-də çıxış etdi - FOTOLAR - YENİLƏNİB
18 May 2026 - 09:23
Bakıda dərslər onlayna keçdi
18 May 2026 - 10:14
Bu istiqamətdə əlavə qatar reysləri təyin olundu
Xəbər xətti
- 19 May 2026
- 01:30 Təkrarlanan yuxular nə ilə bağlıdır?
- 00:30 Dembele yenidən zədələndi
- 00:08 WUF13-də iştirak edən qonaqların şərəfinə rəsmi ziyafət verildi - FOTOLAR
- 18 May 2026
- 23:52 Meteohəssas insanların DİQQƏTİNƏ
- 23:46 "Dialoq kapitulyasiya demək deyil" - Pezeşkian
- 23:35 Keçmiş məcburi köçkünlərin NƏZƏRİNƏ
- 23:17 "Şəfa" mükafatlandırılacaq
- 22:51 15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi
- 22:34 "ABŞ İran neftinə sanksiyaların dayandırılmasına razılaşıb"
- 22:16 60 yaşlı kişini “KamAZ” vurub öldürdü
- 21:58 “Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” - Prezident
- 21:43 AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB
- 21:27 İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI
- 21:12 Daha 2 qrup zəvvar həcc ziyarətinə yola salındı
- 20:52 "Xankəndi" I Liqaya yüksəldi
- 20:34 Hakan Fidan Almaniya Kansleri Fridrix Merts ilə görüşdü
- 20:17 “Qarabağ” fransalı vingeri transfer etdi
- 20:00 Azərbaycan illər ərzində necə dəyişdi? - VİDEO
- 19:44 Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
- 19:33 Bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 19:15 Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq müzakirə olundu - FOTO
- 18:59 "Ukrayna və Azərbaycan bərpa və yenidənqurma layihələrini müzakirə edir"
- 18:42 Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi - FOTO
- 18:23 Prezident WUF13-də çıxış etdi - FOTOLAR - YENİLƏNİB
- 18:14 Hazırda 9 yolda tıxac var - SİYAHI
- 18:03 “Kənd və şəhər bir-birini tamamlayan sistemdir” - Məryəm Nəvaz Şərif
- 17:55 WUF13 çərçivəsində Liderlər Sammiti başa çatdı
- 17:45 İlham Əliyev Şavkat Mirziyoyevlə görüşdü - FOTO
- 17:40 "Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir"
- 17:38 "WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir"
- 17:34 Bakı-Qəbələ-Bakı marşrutu ikitərəfli qaydada təşkil olunacaq
- 17:15 “Ukrayna və Azərbaycan qardaş dövlətlərdir” - Ukrayna rəsmisi
- 17:05 Kamboca rəsmisi Bakıda qonaqpərvərliyi yüksək qiymətləndirdi
- 17:00 İlham Əliyev qəbul keçirdi - FOTO
- 16:45 Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
- 16:20 “Torpağın əsl sahibləri məhz belə davranırlar” – Prezidentdən TARİXİ MESAJ
- 16:08 “Bakı Mexanizasiya Nəqliyyat” ASC “Urban Expo” sərgisində - FOTOLAR
- 16:04 İlham Əliyevlə xanımının tədbirdən FOTOLARI
- 16:00 “Modernləşmə tarixi dəyərlərin itirilməsi hesabına baş verməməlidir” - Gürcüstanın Baş naziri
- 15:50 “Problemlər ortaqdırsa, həllər də ortaq olmalıdır” - Bolqarıstan Prezidenti
- 15:35 Prezidentlə Kobaxidze görüşdü - FOTOLAR
- 15:33 “Suya qənaət edən texnologiyaların tətbiqi olduqca əhəmiyyətlidir” - Sadır Japarov
- 15:15 Keniya Prezidenti İlham Əliyevə təşəkkür etdi
- 14:59 "Liderlərin “Sea Breeze”ə səfəri gözlənilir" - Emin Ağalarov
- 14:51 Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak edir
- 14:30 İlham Əliyev “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
- 14:15 “WUF13-ə beynəlxalq ictimaiyyətin marağı son dərəcə böyükdür” - Səbinə Salmanova
- 13:52 "Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır"
- 13:50 "Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir"
- 13:42 UN-Habitat-ın icraçı direktoru Bakıda WUF13-ü açıq elan etdi
- 13:20 Emin Əmrullayev Britaniyada təhsil alan tələbələrlə görüşdü - FOTOLAR