09 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Rəssamlar İttifaqının üzvü rəssam Elnarə İskəndərovanın yaradıcılığının 25 illiyinə həsr olunmuş rəsm sərgisi keçirilib.
Manset.az xəbər verir ki, sərgidə rəssamın 40-a yaxın rəsm əsəri nümayiş
olunub.
Belə sərgilərin keçirilməsində əsas məqsəd
istedadların üzə çıxarılması və onların tanıdılmasıdır.
Elnarə İskəndərova bir sıra dövlət səviyyəli tədbir
və sərgilərdə iştirak edərək uğurlu nəticələr əldə edib. 2019-2020-ci illərdə
BMT-tərəfindən Gender bərabərliyi layihəsi çərçivəsində keçirilmiş tədbirdə sertifikatla
təltif olunub. 2019-cu ildə İsveçrədə təşkil olunmuş sərgidə Azərbaycanı uğurla
təmsil edib.
Çıxışçılar Elnarə xanımı bu sərgi
münasibəti ilə təbrik edib və ona yaradıcılıq uğurları arzulayıblar.
Sərgi boyu müğənnilərin ifa etdikləri bir-birindən
gözəl ifalar, rəqslər tədbirə xüsusi ahəng qatıb.