Bakıda məşhur müğənni arıqlamaq üçün sirkə içdi - Xəstəxanalıq oldu

09:16 - 31 Oktyabr 2025

Bakıda məşhur müğənni arıqlamaq üçün sirkə içdi - Xəstəxanalıq oldu

Müğənni Mənzurə Musayevanın səhhətində narahatlıq yaranıb. Sənətçi arıqlamaq məqsədilə istifadə etdiyi üsuldan sonra ciddi sağlamlıq problemi ilə üzləşib.


Manset.az xəbər verir ki, Musayeva bu barədə “Rəngarəng” verilişində danışıb. O bildirib ki, kivi sirkəsini qəbul etdikdən sonra halı pisləşib:

“Heç nə yemədim, kivi sirkəsini suya qatıb içdim. Birdən-birə özümü pis hiss etdim, başım gicəlləndi. Həkimə müraciət etdim və müayinələrdən keçdim. Məlum oldu ki, qanımda beş vitaminin səviyyəsi xeyli aşağı düşüb. Kivi sirkəsi arıqlamağa kömək edir, amma orqanizmə ciddi zərər vurur.”

Müğənni bu hadisədən sonra izləyicilərinə həkimlə məsləhətləşmədən arıqlama vasitələrindən istifadə etməməyi tövsiyə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az