Burak Özçivitlə evləndikdən sonra serial çəkilişlərindən uzaqlaşan və hazırda sosial şəbəkədəki paylaşımları ilə tez-tez gündəmə gələn Fahriyə Evcen yeni bir əməkdaşlığa imza atıb.
Manset.az-ın məlumatına görə, Evcen İsveçrənin nüfuzlu saat və zinət əşyaları markalarından biri ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu razılaşma çərçivəsində onun alacağı qonorar sözün əsl mənasında “ağızları açıq qoyub”.
İddialara əsasən, Fahriyə Evcen bu müqavilədən tam 800 min dollar (təxminən 1360000 manat) qazanıb.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            