Bakı Şəhər Mədəniyyət
                                                            Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti Məmmədbağır Bağırzadənin 75 illik
                                        
                    
                    
                                                            yubileyinə həsr olunmuş tədbir keçirilib.
Manset.az xəbər verir ki, H.Abbasov adına Mədəniyyət
                                                            Mərkəzində keçirilən təbirdə aparıcı Məmmədbağır Bağırzadənin həyat və
                                                            yaradıcığından söz açıb, ustadı Xalq artisti Əlibaba Məmmədovun da 95 illik
                                                            yubileyi olduğunu bildirib və onun sənət fəaliyyətini əks etdirən videoçarx təqdim
                                                            olunub.
Tədbirdə Xalq artistləri
                                                            Nazpəri Dostəliyeva,Teyyub Aslanov, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov,
                                                            tanınmış müğənni Rövşən Əziz, Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyn Məlikov
                                                            , xanəndə Tural Salmanov, şair Ramiz Abdullayev, sənətkarın oğlu Rahim Bağırzadə
                                                            və digərləri çıxış ediblər. 
Çıxışlarda bildirilib
                                                            ki, Xalq artisti gözəl ifaları ilə oxuduğu hər bir mahnıya öz dəsti-xəttini həkk
                                                            etdirib, neçə-neçə Azərbaycan şairinin qəzəl və şerinə musiqi həyatı verib.  Sənətkarın xatirəsinin xalqımız tərəfindən daim
                                                            böyük hörmətlə anıldığını vurğulayıblar. 
Daha sonra Məmmədbağır
                                                            Bağırzadənin yaradıcılığından nümunələr ifa edilib.