Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı oldu - Fotolar

09:50 - 04 Noyabr 2025

Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı oldu - Fotolar

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib.


Manset.az xəbər verir ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə yaradılıb.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov,  Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.

Kitabxananın direktoru Oğuzhan Ceylan yeni yaradılan Azərbaycan bölməsi haqqında məlumat verib. Deyib ki, Azərbaycan bölməsində ölkəmizlə bağlı 700 nüsxə müxtəlif nəşr nümunəsi var. 

Digər çıxış edənlər kitabxanada Azərbaycan bölməsinin yaradılmasını yüksək qiymətləndirib, iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə olduğunu bildiriblər.

Sonra bölmənin rəmzi açılışını bildirən lent kəsilib.

Daha sonra kitabxana ilə ümumi tanışlıq olub. Məlumat verilib ki, 24 saat fəaliyyət göstərən kitabxananın qeydiyyatlı 100 min oxucusu var və onlardan min nəfəri Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, kitabxananın Azərbaycan bölməsində klassik və müasir ədəbiyyatımız, ölkəmizin tarixi, incəsənəti və folkloru, eləcə də şanlı Zəfərimizlə bağlı nəşrlər mövcuddur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az