“Yolunu gözləyirdim, belə gələcəyini düşünmürdüm” - Şəfiqə Məmmədova

09:21 - 30 Mart 2026

“Yolunu gözləyirdim, belə gələcəyini düşünmürdüm” - Şəfiqə Məmmədova

“Yolunu gözləyirdim, amma belə gələcəyini düşünməzdim”.


Manset.az News24.az-a istinadən xəbər verir ki, bu barədə Xalq artisti Şəfiqə Məmmədova mərhum aktyor Rasim Balayevin vəfatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

Aktrisa bildirib ki, bu xəbər onu dərindən sarsıdıb:

“Çox pisəm, sözün açığı, özümə gələ bilmirəm. Belə bir xəbər gözləmirdim. Yolunu gözləyirdim, amma belə gələcəyini heç düşünməzdim. O, təkcə böyük sənətkar deyildi, həm də çox gözəl insan idi. Hər zaman səmimiyyəti, sadəliyi ilə seçilirdi. Allah rəhmət eləsin. Bu, həqiqətən faciəvi hadisədir. Biz böyük bir sənətkarı, Azərbaycan mədəniyyətinin sütunlarından birini itirdik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az