logo
logo logo
logo

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və sərgi təşkil olunub

22:22 - 04 Oktyabr 2026

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və sərgi təşkil olunub

Cəbrayıl Şəhəri Günü münasibətilə oktyabrın 4-də Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin foyesində uşaqlar üçün rəssamlıq üzrə yaradıcı ustad dərsləri təşkil olunub.


Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaqların təsviri sənətə marağının artırılması, onların yaradıcı bacarıqlarının inkişaf etdirilməsidir.

Ustad dərslərində Cəbrayıl şəhərində yaşayan və uşaqlar iştirak ediblər. Onlar peşəkar rəssamların dəstəyi ilə rəsmlər çəkiblər. 

Prosesin sonunda uşaqların rəsmlərinin sərgisi təşkil olunub.

Mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Orxan Fikrətoğlu, 

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbubi Mehdizadə və digər qonaqlar sərgi ilə tanış olub, uşaqlarla söhbət ediblər.

Nümayiş olunan əsərlərdə Cəbrayıl rayonunun tarixi-mədəni və təbiət zənginlikləri, eləcə də milli atributlarımız əks etdirilib.

Uşaqlar çəkdikləri rəsmlər barədə məlumat veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az