Şəfiqə Məmmədova “Rasim Ocaqov” fərdi təqaüdünü bu tələbəyə verdi - FOTO

12:49 - 04 Oktyabr 2022

Şəfiqə Məmmədova “Rasim Ocaqov” fərdi təqaüdünü bu tələbəyə verdi - FOTO

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor  Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya Fakultəsinin Kino rejissorluğu ixtisası üzrə təhsil alan tələbəyə verib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Manset.az-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədi ilə 4-cü kurs tələbəsi İsmayılzadə Güllü Hüseyn qızı layiq görülüb.

 

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az