Xoşqədəm Hidayətqızı ilə Doğuş birlikdə veriliş aparacaq - VİDEO

16:59 - 27 Oktyabr 2022

Xoşqədəm Hidayətqızı ilə Doğuş birlikdə veriliş aparacaq - VİDEO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş ARB TV-də yeni veriliş aparacaqlar.

 

Manset.az xəbər verir ki, “Günaydın, Azərbaycan” adlı proqramın ilk buraxılışı oktyabrın 29-da efirə gedəcək.

Veriliş cütlüyün evindən canlı yayımlanacaq.

Qeyd edək ki, “Günaydın, Azərbaycan” Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyevanın ATV-də yayımlanan “Zaurla Günaydın” verilişi ilə eyni saatda yayımlanacaq.   

Eyni zamanda X. Hidayətqızının “Səni axtarıram” verilişi həftəiçi yayımını davam etdirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az