"Pulumu xərcləməyə qıymıram, qorxuram" - Elnarə Abdullayeva

15:57 - 04 Noyabr 2022

\"Pulumu xərcləməyə qıymıram, qorxuram\" - Elnarə Abdullayeva

"Pandemiya insanın ruhunu tamam dəyişdi. Mən də başqa insan oldum. Evə baxıram, pula baxıram, sonra deyirəm, yox, xərcləməyim".

 

Manset.az xəbər verir ki, bu sözləri muğam ifaçısı Elnarə Abdullayeva "Həmin Zaur" proqramında qonaq olarkən deyib.

Artıq 5 ildir tikdirdiyi villasından danışan Əməkdar artist bildirib ki, pulunu xərcləməkdən qorxur:

"Evimin işinin 20 faizi qalıb. Amma pulumu xərcləməyə qıymıram. Qorxuram, deyirəm, yenidən pandemiya olar, ac qalaram. Pandemiyadan sonra çalışıram ki, kefimi yaxşı və kök tutum. Hirslənəndə özümə deyirəm ki, Elnarə sakit ol, sən dünyanı düzəltməyəcəksən, canından muğayat ol. Çalışıram bu yolla özümü tərbiyələndirim".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az