Elm və ənənələrin vəhdəti - Azərbaycanın tarixi irsi gələcək nəsillərə ötürülür

12:50 - 05 Fevral 2026

Elm və ənənələrin vəhdəti - Azərbaycanın tarixi irsi gələcək nəsillərə ötürülür

Azərbaycanın zəngin dövlətçilik tarixi, milli adət-ənənələri, elmi nailiyyətləri və mədəni irsi bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə uğurla təbliğ olunur. Müxtəlif layihələr, sərgilər, elmi konfranslar və mədəni tədbirlər vasitəsilə Azərbaycanın qədim köklərə söykənən dəyərləri geniş auditoriyaya çatdırılır, milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımlar atılır. Bu təşəbbüslər ölkənin zəngin irsinin tanıdılmasına və dünya miqyasında nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Manset.az-a açıqlamasında bildirib ki, bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz milli-mənəvi dəyərlərin təbliği, adət-ənənələrin qorunmasıdır:


“Bu gün dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması, təbliği, dövlətin ən çox önəm verdiyi məsələlərdən biridir. Hazırda bu istiqamətdə dövlət səviyyəsində böyük işlər görülür, addımlar atılır. Milli adət-ənənələrin qorunması, mədəniyyətin təbliği nə önəm verilməsində təbii ki, vətəndaşların da üzərinə məsuliyyət düşür. Bunu təkcə dövlətin məsuliyyəti kimi göstərmək düzgün deyil. Vətəndaşlar da bu məqama xüsusi diqqət verməlidirlər”.

Deputat xüsusilə qeyd edib ki, bu prosesin tənzimlənməsində və daha da inkişaf etdirilməsində vətəndaşların da iştirakı mütləqdir:

“Biz bu prosesin yüksək səviyyədə həyata keçirilməsi üçün davamlı olaraq addımlarımızı atmalıyıq və səylərimizi daha da gücləndirməliyik. Əks halda kifayət qədər çətin bir prosesin və mərhələnin şahidi olacağıq. Bir çox dövlət qurumları, Heydər Əliyev Fondu və digər strukturlar bu prosesə töhfə vermək üçün dayanmadan işlər görür. Orta məktəblərdə, ali təhsil müəssisələrində və müxtəlif ictimai yerlərdə bu istiqamətdə mühüm işlərin şahidiyik”.

 

Fidan Vəlisoy

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və

mədəniyyətinin təbliği;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az