Eyfel qülləsi ziyarətçilərə bağlandı

21:03 - 20 Fevral 2024

Eyfel qülləsi ziyarətçilərə bağlandı

Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi ziyarətçilərə bağlanıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə turistlərin məşhur məkanı olan qüllənin bağlanmasına səbəb həmkarlar ittifaqının çağırışı ilə Eyfelin işçilərinin tətil etməsidir.

Belə ki, Fransa mətbuatda yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi mənfəət payını yüksək görən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.

Qeyd edək ki, qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az