Bakının Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən idman kompleksindəki futbol meydançasının örtüyünün təmiri üçün satınalma müsabiqəsi elan edib.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, müsabiqənin ümumi dəyəri 1 milyon 573 min 912 manat təşkil edir.
Layihəyə futbol meydançasının örtüyünün yenilənməsi ilə yanaşı, avtomatik suvarma sisteminin və su anbarının qurulması, idman avadanlıqlarının təmiri, müxtəlif boruların və manometrlərin quraşdırılması daxildir.
Bu layihə başa çatdıqdan sonra Şağandakı idman kompleksi daha müasir və funksional hala gətiriləcək. Həm yerli idmançılar, həm də bölgədə keçirilən yarışlar üçün daha yaxşı şərait yaradılması nəzərdə tutulur.