İsrailin “Eurovision” mahnı müsabiqəsinə “October Rain” mahnısı ilə qatılacağı bildirilib.
Manset.az--n xarici mediaya istinadən məlumatına görə, sözügedən mahnı HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də təşkil etdiyi hücumda həlak olan İsrail əsgərlərinə həsr olunub.
Avroviziya Mahnı Müsabiqəsində siyasi mesajlar ehtiva edən mahnılarla iştirak etmək istəyən ölkələrin daha əvvəl qadağan olunduğu məlum olsa da, Avropa Yayım Birliyinin (EBU) İsrailin müsabiqəyə qatılmağı planlaşdırdığı mahnını araşdıracağı və qərar verəcəyi qeyd olunur.
EBU mahnını qəbul etməzsə, İsrailin yeni mahnı ilə iştirak etmək hüququ var.
Buna baxmayaraq, İsrailin dövlət televiziyası KAN tərəfindən edilən açıqlamada, İsrail mahnısının EBU tərəfindən rədd ediləcəyi təqdirdə mahnının dəyişdirilməyəcəyi və İsrailin "müsabiqədə iştirak edə bilməyəcəyi" bildirilib.
Əfsanə Rəcəb
Manşet.az