“Gülmə qazı” istifadə edən qadın dünyasını dəyişdi

10:18 - 29 Fevral 2024

“Gülmə qazı” istifadə edən qadın dünyasını dəyişdi

İngiltərədə "gülmə qazı" kimi tanınan azot oksidindən istifadə etdikdən sonra tənəffüs çatışmazlığı yaşayan 24 yaşlı  Ellen Merser adlı qadın dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəfil və gözlənilməz ürək-tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən qadının bədənində "nevroloji təhlükə əlamətləri" aşkar edilib.

Həkimlər aparılan müayinələr nəticəsində Merserin orqanizmində gənclərin üstünlük verdiyi həbin azot oksidinin (gülmə qazı) qan dövranı və tənəffüs yollarında ciddi problemlər yaratdığını üzə çıxarıb. Yarılmada ölümün əsas səbəbinin qazdan istifadə nəticəsində yaranan “uzun müddətli ağırlaşmalar” olduğu bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin