logo
logo logo
logo

Rusiyanın bu şəhərində benzin bitdi

17:11 - 03 İyul 2026

Rusiyanın bu şəhərində benzin bitdi

Rusiyanın Novorossiysk şəhərində yerləşən yanacaqdoldurma məntəqələrində benzinin tükəndiyi və satışın dayandırıldığı bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şəhər administrasiyasının yaydığı məlumata görə, dizel yanacağı yalnız 8 yanacaqdoldurma məntəqəsində məhdud həcmdə mövcuddur. Bildirilib ki, avtomobillərə yanacaq yalnız xüsusi yanacaq kartları vasitəsilə verilir və bu imkandan yalnız şirkətlərə məxsus nəqliyyat vasitələri istifadə edə bilir.

Məlumata əsasən, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı müəssisələrinə endirdiyi zərbələrdən sonra ölkədə bir sıra zavodlar təmirə dayandırılıb. Bu səbəbdən Rusiya hökuməti yanacaq bazarında sabitliyi qorumaq məqsədilə vaxtaşırı satış və ixrac məhdudiyyətləri tətbiq edir.

Qeyd olunub ki, hazırda Moskva və Sankt-Peterburq da daxil olmaqla ölkənin təxminən 40 bölgəsində yanacaq satışına müxtəlif məhdudiyyətlər qüvvədədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az