Tramp NATO-nun maliyyələşdirilməsi ilə bağlı növbəti dəfə tənqidi fikirlər səsləndirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO çərçivəsində müdafiə xərclərinin qeyri-bərabər bölüşdürüldüyünü bildirərək, ABŞ-nin alyans daxilində üzərinə qeyri-mütənasib maliyyə yükü götürdüyünü və mövcud vəziyyətin "birtərəfli" xarakter daşıdığını bəyan edib.
O bildirib ki, ABŞ digər üzv ölkələrlə müqayisədə alyansın müdafiə xərclərinin daha böyük hissəsini qarşılayır və bu vəziyyətin uzunmüddətli perspektivdə davam etməsi mümkün deyil.