"Fransanın fəallara qarşı müdaxiləsindən xüsusi narahatlıq var" - BMT

17:56 - 29 Fevral 2024

"Fransanın fəallara qarşı müdaxiləsindən xüsusi narahatlıq var"

 

Bu barədə Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühitin Mühafizəçiləri üzrə Xüsusi Məruzəçisi Mişel Forst Avropanın ətraf mühit fəallarına münasibəti ilə bağlı hesabatında qeyd edilib.

Hesabatda ətraf mühit fəallarına qarşı cərimələr, etiraz etdikləri yerlərdə 6 ay müddətində yaşayış icazələrinin ləğvi kimi praktikaların geniş yayıldığına diqqət çəkilib.

Mediada ekoloji fəallara qarşı mənfi rəyin yaradıldığı, Fransa siyasətçilərinin bu fəalları “ekoterrorçu” kimi qələmə verdikləri, onları “demokratiya üçün təhlükə” kimi gördükləri vurğulanıb.

Hesabatda fəalların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən izlənildiyi, evlərində axtarış aparıldığı, polisin ekoloqlara qarşı həddindən artıq güc tətbiq etməsi də tənqid edilib.

Fransa hökuməti 2023-cü ildə 100 min üzvü olan "Soulevement de la Terre" ekoloji qrupunun "zorakılığa əl atdığını" əsas gətirərək fəaliyyətini dayandırmağa qərar verdi və bu qərar Danıştay tərəfindən rədd edilib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin