logo
logo logo
logo

Yevlaxda yük maşınları toqquşdu - Xəsarət alan var

19:33 - 18 Sentyabr 2026

Yevlaxda yük maşınları toqquşdu - Xəsarət alan var

Yevlaxda iki yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda olub.

Belə ki, çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan digər yük maşını ilə toqquşub.

Qəza nəticəsində 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firidunov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az