Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

10:54 - 10 Mart 2024

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açıqlacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək”, - Tokayev qeyd edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin