ABŞ tərəfindən başına 5 milyon dollar mükafat qoyulan lider VƏFAT ETDİ - FOTO

17:53 - 11 Mart 2024

ABŞ  tərəfindən başına 5 milyon dollar mükafat qoyulan lider VƏFAT ETDİ  - FOTO

Əl-Qaidənin Yəmən qolunun lideri Xalid əl Batarfinin ölüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökuməti tərəfindən başına 5 milyon dollar mükafat qoyulan “Əl-Qaidə”nin Yəmən qolunun lideri Xalid Batarfinin vəfat etdiyi bildirilir. Lakin ölüm səbəbi ilə bağlı məlumat paylaşılmayıb.

Ölüm səbəbi ilə bağlı heç bir təfərrüat verilməsə də, onun üzündə açıq-aşkar travma izləri yox idi. El Batarfinin 40 yaşının əvvəlində olduğu güman edilir.

Qurumun yaydığı açıqlamada rəhbərliyin üzərinə Səad bin Atif əl-Avlakinin keçəcəyi açıqlanıb.

Məlumdur ki, Vaşinqtonun başına 6 milyon dollar mükafat qoyduğu əl-Avlaki “açıq şəkildə ABŞ və müttəfiqlərinə qarşı hücuma çağırıb”.

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin