Ançelotti türkiyəli futbolçudan danşdı: "Vurduğu qol"

19:52 - 11 Mart 2024

Ançelotti türkiyəli futbolçudan danşdı:

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Güləri tərifləyib.

 

Manset.az  report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Ançelotti Gülərin ilk qolu barədə danışarkən futbolçu haqqında xoş fikirlər səsləndirib: "Arda Gülər potensial vəd edən oyunçudur. O, böyük istedada malikdir. Vurduğu qol da maraqlı alındı. Çünki Arda bir o qədər işlək olmayan ayağı ilə fərqləndi. Onun "Real"da böyük gələcəyi olacaq. Hazırda türkiyəli futbolçudan razıyıq və ona güvənirik".

Qeyd edək ki, İspaniya çempionatının 28-ci turunda keçirilən "Real" - "Selta" (4:0) matçında Arda Gülər "Kral klubu"nun dördüncü qoluna imza atıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin