Bakıda 3 ədəd “Kalaşnikov” və patronlar aşkar olunub - VİDEO

13:03 - 13 Mart 2024

Bakıda 3 ədəd “Kalaşnikov” və patronlar aşkar olunub - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi və 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən iki ədəd “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və iki ədəd patron darağı aşkar olunub. 

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 1980-cü il təvəllüdlü Əşrəf Məmmədov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, beş ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb. Ə.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin