ƏDV-nin geri qaytarılmasında yaranan bu xəta hansı hallarda olur? - CAVAB

22:26 - 13 Mart 2024

ƏDV-nin geri qaytarılmasında yaranan bu xəta hansı hallarda olur? - CAVAB

Manset.az bildirir ki, lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır.

 

Maraqlıdır, görəsən, "çek tapılmadı" xətası hansı hallarda əks olunur?

Milli.Az lent.az-a istinadən bildirir ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.

Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu ola bilər.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin