Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
12:55 - 14 Mart 2024
“Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalının sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin də yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir”.
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında bildirib.
“Dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarlar iştirak etmir, həmçinin bu işə dünyada tanınmış şirkətlər də cəlb olunur. Belə müəssisələrinin istifadəyə verilməsi keyfiyyətli dərman istehsalına, xaricdən ölkəyə gətirilən dərmanların sayının azalmasına gətirib çıxaracaq. Eyni zamanda, yaxın vaxtlarda dərmanların qiymətinin aşağı düşməsi ilə də nəticələnəcək”, - deyə komitə sədri vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin