Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkənin Xarkov vilayətində dəmiryolunu partlatmağı planlaşdırmaqda şübhəli bilinən ukraynalını saxlayıb.
Manset.az-ı xarici mediaya istinadən məlumatına görə, şübhəlinin təxribat planları ələ keçirilib və onun Rusiya ilə əlaqələri sənədləşdirilib.
Təxribat törətdiyi iddia edilən şəxs Liman istiqamətində Ukrayna qüvvələrinə yanacaq və sursat tədarükünü pozmaq üçün əldəqayırma partlayıcı qurğudan istifadə edərək elektrik xətlərini və dəmiryol maşınlarını məhv etməyə cəhd göstərməkdə ittiham olunur.
Əfsanə Rəcəb
Manşet.az