Məşhur ulduza aqressiv döş xərçəngi növü qoyuldu

17:38 - 14 Mart 2024

Məşhur ulduza aqressiv döş xərçəngi növü qoyuldu

Məşhur ulduz, 43 yaşlı aktrisa Oliviya Manna döş xərçəngi diaqnozu qoyulub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aqressiv xərçəng növü ilə mübarizə aparan aktyor 4 ağır əməliyyat keçirib.

Qeyd edək ki, Mann 2023-cü ilin fevral ayında bacısı ilə 90 müxtəlif xərçəng genini yoxlayan genetik test keçirdib. Test nəticəsində döş xərçəngi də daxil olmaqla, bütün xərçəng genlərinin mənfi olduğunu öyrəndikdə, bacısına telefonla sevinclə təbrik etdiklərini bildirib. Lakin aktrisaya aprel ayında döş xərçəngi diaqnozu qoyulub. Aktrisa biopsiya nəticəsində hər iki döşündə Luminal B xərçəngi olduğunu öyrənib. Luminal B sürətlə yayılan və aqressiv xərçəng növüdür.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin