Türkiyəli məşhur müğənninin səhhətində ciddi problem yarandı - FOTO

21:25 - 14 Mart 2024

Türkiyəli məşhur müğənninin səhhətində ciddi problem yarandı - FOTO

Məşhur türkiyəli müğənni Gökhan Özenin səhhətində ciddi problem yaranıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, İzmirdə konsert verdikdən sonra çox ciddi şəkildə infeksiyaya yoluxub. Müayinələrdən sonra həkim ona heç kimlə təmasda olmamaq barədə xəbərdarlıq edib.

“İzmir konsertindən sonra son üç gündür ki, ciddi infeksiyaya yoluxmuşam, yataqdayam. Həkimlərimizdən ciddi xəbərdarlıq almışam. İndi mənə imza günü yüzlərlə insanla əlaqə saxlamaq qadağandır. Mənə bu infeksiyaların epidemik xəstəliklərdən qaynaqlandığını və təmas yolu ilə keçdiyini izah etdilər. Konsertlərimdən sonra saatlarla sevdiklərimlə şəkil çəkdirməkdən həzz alıram. Amma konsertdən sonra bu kulis seanslarında tərim soyumamış yüzlərlə insanla saatlarla təmasda olduğum günlər məni ikinci dəfə yatağa məhkum etdi. Həkimlərimdən ciddi göstərişlər var, kədərlə bildirirəm ki, belə təmasları bitirirəm”, - deyə ifaçı təəssüflə bildirib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin