Vətəndaşların 200 min manatını ələ keçirdi

12:40 - 19 Mart 2024

Vətəndaşların 200 min manatını ələ keçirdi

Mingəçevirdə dələduzluqda şübhəli bilinən şəxs tutulub.

 

Manset.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ-nin keçirdiyi tədbirlərlə dələduzluqda şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.

Bildirilib ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin