Fransada azyaşlı görün prezidentdən nə istədi

17:14 - 19 Mart 2024

Fransada azyaşlı görün prezidentdən nə istədi

Fransa prezidenti Emmanuel Makronun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərini müzakirə etmək üçün Marselə səfəri zamanı uşaqlar dövlət başçısından müharibənin başlamayacağına söz verməsini xahiş ediblər.


Manset.az xəbər verir ki, Fransa lideri cavab olaraq bunun üçün mümkün olan hər şeyin edildiyini deyib.

Makron şəhər sakinləri ilə söhbət edərkən kütlənin arasından bir uşaq "Cənab, siz mənə söz verə bilərsinizmi ki, müharibə olmayacaq?" deyə müraciət edib.

Makron öz növbəsində Fransanın Ukraynadakı vəziyyəti həll etmək üçün mümkün olan hər şeyi etdiyini deyib. Onun sözlərinə görə, Ukrayna məsələsinin yekun həlli üçün Rusiyanı Ukraynanı tərk etməyə inandırmaq lazımdır.

Jalə

Manşet.az


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin