Bredli və Gigidən münasibətləri ilə bağlı yeni qərar

17:43 - 20 Mart 2024

Bredli və Gigidən münasibətləri ilə bağlı yeni qərar

İki məşhur ulduz Bredli Kuper və Gigi Hadid artıq sevgili olduqlarını heç kimdən gizlətmir.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük artıq paparassilərin və insanların sıx olduğu yerlərdə əl-ələ gəzir. "Life and Style" yazır ki, ulduzlar qızlarını tanış etmək istəyir.

Mənbə qeyd edib ki, Bredli və Gigi üçün ailə əlaqələri prioritetdir və buna görə də ulduzlar üçün onların varisləri - 6 yaşlı Lea və 3 yaşlı Xainin dost olması vacibdir:

“Onlar görmək istəyirlər ki, ailələrini uğurla birləşdirə bilərlər. Cütlük bu yanaşmanı münasibətdə növbəti addım hesab edir. Bredli və Gigi buna ciddi yanaşır, çünki qızlarının yaşında olan qızların insanlara tez bağlandıqlarını başa düşürlər. Əgər münasibətləri alınmasa, qızları incitmək istəmirlər".

Model İrina Şeyk də dostu və keçmiş həyat yoldaşının bu yanaşmasını bəyənir. İnsayder qeyd edib ki, Gigi onun köhnə dostudur, ona görə də model onun Lea ilə ünsiyyət qurmasına qarşı deyil. Lakin Giginin keçmiş əri cütlüyün niyə tələsdiyini başa düşmür. O, bunun hələ tez olduğunu bildirib.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin