İki ölkə arasında gizli tunel qazdı - Qaçaqmalçılıq edirmiş...

09:12 - 21 Mart 2024

İki ölkə arasında gizli tunel qazdı - Qaçaqmalçılıq edirmiş...

Qırğızıstan sakininin evindən Özbəkistan ərazisinə çıxan tunel tapılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, tunel 15 metr dərinlikdə döşəmənin altında qazılıb, uzunluğu isə 130 metrdir.

Məlum olub ki, saxlanılan şəxsin evindən Özbəkistan sərhədinə qədər təxmini məsafə 50 metrdir.

Bildirilib ki, tunel malların və şəxslərin qaçaqmalçılığı məqsədilə istifadə edilib.

Evin 38 yaşlı sahibi, qanunsuz fəaliyyətin tərtibatçısı saxlanılıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin