Teraktın hazırlanması ilə bağlı təfərrüatlar məlum oldu

15:27 - 24 Mart 2024

Teraktın hazırlanması ilə bağlı təfərrüatlar məlum oldu

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb.

 

Manset.az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "112" Telegram kanalı yayıb.

Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır.

"Ora getmək terror aktının təşkili ilə bağlı idi - plana, mühafizə postlarının yerləşdiyi yerə baxmaq və qaçış yollarını hesablamaq", - nəşr yazır.

Bundan əvvəl "Krokus"un mühafizəçisi belə bir fikir bildirib ki, terrorçular zalda ən çox insanın nə vaxt olacağını əvvəlcədən biliblər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin