“Crocus City Hall” terroru ilə bağlı daha bir nəfərin həbsi istənilir - VİDEO - YENİLƏNDİ

13:59 - 26 Mart 2024

“Crocus City Hall” terroru ilə bağlı daha bir nəfərin həbsi istənilir - VİDEO - YENİLƏNDİ

“Crocus City Hall”dakı terror aktı ilə bağlı iş üzrə səkkizinci müttəhim olan 32 yaşlı biznesmen Alişer Kasımov mayın 22-dək həbs edilib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, o, Rusiya vətəndaşıdır, ölkəyə Qırğızıstanın Oş şəhərindən gəlib. Ailəlidir, üç övladı var, Putilkovoda çayxana sahibidir.

İclasda hakimin “nədə ittiham olunduğunu bilirsinizmi?” sualına Qasımov belə cavab verib: “Mən sadəcə olaraq kirayə mənzil verirdim”.

Kasımov Krasnoqorskdakı mənzilini kimə kirayə verməsindən şübhələnmədiyini vurğulayıb. Onun sözlərinə görə, əmlak ipotekada olub və kirayənişinləri internet vasitəsilə tapıb. 

Biznesmen gözlənilən terror aktından xəbəri olmadığını iddia edib.

Kasımov həmçinin vurğulayıb ki, əvvəlcə evi slavyanlara icarəyə vermək istəyib, ancaq Faridun Şamsidinin vaxtında ödəmək vədindən sonra bu fikrindən daşınıb.

13:43

Rusiya İstintaq Komitəsi Alişer Kasimov adlı şəxsin “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı həbs edilməsini istəyib. 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, məlumatı Moskvanın Basmannı Məhkəməsi ictimailəşdirib.

Qeyd olunur ki, Alişer Kasimovun 32 yaşı var, o, mənzilini terrorçulara kirayə verib.

Qeyd edək ki, martın 24-də Basmannı Məhkəməsinin qərarı ilə “Crocus City Hall”a hücumda iştirak edən dörd nəfər, səhəri gün isə daha üç şəxs saxlanılıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin