Gürcüstanda 5 məktəbdə şagirdlər təxliyə olundu

19:49 - 26 Mart 2024

Gürcüstanda 5 məktəbdə şagirdlər təxliyə olundu

Martın 26-da Gürcüstanın qərbində yerləşən Kobuleti kurort kəndində 5 məktəbdə tədris prosesi dayandırılıb və şagirdlər təxliyə olunub.

 

Manset.az  xəbər verir ki, bu barədə “Formula” telekanalı məlumat yayıb.

Bildirilir ki, buna sosial şəbəkələrdə məktəblərə mümkün hücumla bağlı yayılan məlumatlar səbəb olub.

Məktəblilər sosial şəbəkələrdə bununla bağlı oxuduqları məlumatlar barədə direktorlara məlumat veriblər.

Bundan sonra dərhal 5 məktəbdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.

Bu gün paytaxt Tbilisidəki 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb. Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin