Qadının ölümünə görə "JEK" müdiri işdən çıxarıldı

18:06 - 27 Mart 2024

Qadının ölümünə görə

Son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilmiş və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.

 

Bu barədə Manset.az-a Lifttəmir İB-dən bildirilib.

Qeyd edilib ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Hal-hazırda real vəziyyətin öyrənilməsi məqsədilə araşdırma davam etdirilir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin