Alla Puqaçova xarici agent elan olunacaq?

01:02 - 28 Mart 2024

Alla Puqaçova xarici agent elan olunacaq?

Son vaxtlar Rusiya estradasının Divası Alla Puqaçova tez-tez rusların nifrət obyektinə çevrilir. Belə ki, bu yaxınlarda Alla Puqaçova sosial şəbəkələrdə “Krokus”da törədilən və yüzlərlə insanın ölümü ilə nəticələnən terror aktına heç bir reaksiya vermədiyinə görə qınanılıb.

 

Manset.az Sfera.az-a  istinadən xəbər verir ki,  daim Rusiya ilə müharibədə Ukraynaya dəstək verdiyini bəyan edən müğənni Alla Puqaçovanın vətənində xarici agent kimi tanınması istənilib. Qeyd edək ki, Primadonna tez-tez müharibə və Rusiya əleyhinə bəyanatlar verirdi. 

İctimai fəal Vitali Borodinin bəyanat yayaraq ki, artıq Alla Puqaçovanın xarici agent kimi tanınma proseduruna başlanıldığını bildirib. O artıq Rusiya Baş Prokurorluğu və Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.

Qeyd edək ki, əvvəllər də Alla Puqaçovanın Rusiyada xarici agent kimi tanınması tələb olunurdu. Xüsusilə, 74 yaşlı Alla Puqaçovanın qısa videomüraciətində “normal insanlar Rusiyaya qayıtmayacaq” deməsindən sonra bu proses sürətlənib. İndi isə “Krokus”da baş verən terror aktından sonra Puqaçova həlak olanların ailələrinə başsağlığı vermədiyi üçün sosial şəbəkələrdə yenidən nifrətlə qarşılanıb. Bundan əlavə, onun həyat yoldaşı, komediya ustası Maksim Qalkin də tənqidlərə məruz qalıb. O, terror aktı ilə əlaqədar İsraildəki çıxışlarını dayandırmamaqda ittiham edilib.

Onu da xatırladaq ki, 2022-ci ilin sentyabrında Alla Puqaçova sosial şəbəkələrdə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət dərc edərək, xarici agentlər sırasına daxil edilməsini xahiş edib:

"Sizdən xahiş edirəm, məni sevimli ölkəmin "xarici agentləri" sırasına daxil edəsiniz. Çünki mən həyat yoldaşımla ; vicdanlı, ləyaqətli, səmimi insanla həmrəyəm. Rusiyanın əsl və dəyişməyən vətənpərvəri, öz vətənində firavanlıq, dinc həyat, söz azadlığı arzulayan!  Ölkəmizi bütün dünyadan küsdürən, vətəndaşlarımızın həyatını ağırlaşdıran rejimə, həmçinin öz xəyali məqsədləri üçün övladlarımızın ölümünə son qoyulmasını tələb edirəm”- deyə Diva yazıb.

Rusiya vətəndaşları arasında da məşhur ulduzun xarici agent kimi tanınıb-tanınmaması ilə bağlı fikir ayrılıqları yaranıb. Bəziləri bu təşəbbüslə razılaşmır, bəziləri isə hətta Alla Puqaçovaya daha sərt tədbirlər tətbiq edilməsini tələb edir.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin