"Crocus" teraktında şübhəli bilinən şəxslə bağlı YENİ MƏLUMAT

12:20 - 28 Mart 2024

Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən Alişer Kasımovun bir neçə kafesi var.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Həmçinin son məlumatlara görə, Kasımova aid "Çayxana" kafesi hazırda möhürlənib, müəssisədən lövhələr və adlar çıxarılıb.

Kafenin yanında işləyən digər şəxslərin sözlərinə görə, Alişerin bir çox iaşə obyektləri var.

Onların bağlanıb-bağlanmadığı məlum deyil.

Qeyd edək ki, o, Rusiya vətəndaşıdır, ölkəyə Qırğızıstanın Oş şəhərindən gəlib.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisə nəticəsində 143 nəfər həyatını itirib. Terrorçular həbs olunublar.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin