Bu ölkədə göyərtəsində 180 sərnişini olan təyyarə it sürüsü ilə toqquşdu

17:22 - 29 Mart 2024

Bu ölkədə göyərtəsində 180 sərnişini olan təyyarə it sürüsü ilə toqquşdu

Boliviyanın milli aviadaşıyıcısı "Boliviana de Aviación"un təyyarəsi uçuş-enmə zolağında it sürüsü ilə toqquşub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aviation Safety Network portalında qeyd edilib.

Martın 26-da La Paz hava limanında təyyarə ilə gözlənilməz vəziyyət yaranıb. Hadisə zamanı “Boeing”in göyərtəsində 180 sərnişin olub.

Mənbənin sözlərinə görə, insident səbəbindən pilotlar uçuşu dayandırmalı olublar. Təyyarənin burun şassosunun zədələndiyi qeyd edilir.

Jalə

Manşet.az


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin