Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb.
Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Corat bağlarında qeydə alınıb.
1980-ci il təvəllüdlü Teymur Şakir oğlu Məmmədovun meyiti yarımtikilidə müəyyən edilib.
Onun tüfeyli həyat tərzi yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.