Qazaxıstanın regionlarında fövqəladə vəziyyət elan edildi - VİDEO

12:49 - 2 Aprel 2024

Qazaxıstanın regionlarında fövqəladə vəziyyət elan edildi - VİDEO

Qazaxıstanın qərbində yerləşən dörd regionda güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Qərbi Qazaxıstan vilayətinin rəhbəri Nariman Tureqaliyev sərəncam imzalayıb.

Rayonun Sırımski, Terektinski, Karatobinski, Burlinski rayonlarında yaşayış evlərini su basıb.

Bölgədə yarısı uşaq olmaqla dörd minə yaxın insan təxliyə edilib.

Daşqınlardan zərər çəkənlər üçün operativ təxliyə mərkəzləri təşkil olunub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin