Ayaqlarının ağrıdığını dedi - 2 gün sonra öldü

17:48 - 2 Aprel 2024

Ayaqlarının ağrıdığını dedi - 2 gün sonra öldü

Şotlandiyanın Qlazqo şəhərində yaşayan 20 yaşlı gənc anasına ayaqlarının ağrıdığından şikayət etdikdən 2 gün sonra dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, anası uşağını xəstəxanaya aparmadığına görə peşman olduğunu bildirib.

Ağrısını idman zalına getmək və bütün günü işdə ayaq üstə durmaq ilə əlaqələndirən ana ona ağrıkəsici içməyi təklif edib.

Bir neçə saat sonra özünü çox pis hiss etdiyini deyən gəncin qızdırması qalxmağa başlayıb.

Ailə bir müddət evdən ayrılıb və evə qayıdanda gəncin vəziyyətinin daha pis olduğunu görüb. Qızdırmasının qalxdığını görən ana təcili yardıma zəng vurub. Xəstəxanaya aparılan gənc reanimasiyaya yerləşdirilib.

Həkimlər müayinə zamanı 20 yaşlı gəncdə bakterial meningit aşkarlayıb. Beyin və onurğa beynini əhatə edən menenjit əlamətinin olmadığını deyən ana, “Kaş ki, əvvəllər xəstəxanaya aparsaydım” deyərək peşman olduğunu bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin