Xocavənddə ağır qəza: Yaralılar var

22:57 - 2 Aprel 2024

Xocavənddə ağır qəza: Yaralılar var

Xocavənd rayonunun Cəmiyyət kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

 

Manset.az  report.az-a istinadən xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitəsinin fəhlələri daşıdığı bildirilir.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı "Report"a təsdiqləyib.

O, bildirib ki, faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin