Qanunsuz saxlanılan silahlar təhvil götürüldü

10:26 - 3 Aprel 2024

Qanunsuz saxlanılan silahlar təhvil götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin